Federasiya prezidenti: "Stadnikin şəxsi həyatı ilə bağlı problemi olub"

Federasiya prezidenti: "Stadnikin şəxsi həyatı ilə bağlı problemi olub" "Mariya Stadnikin şəxsi həyatı ilə bağlı problemi olub. Göy-Göldə yaxşı hazırlıq keçib, hazırda əla formadadır.
Fərdi
22 İyun , 2021 14:24
Federasiya prezidenti: Stadnikin şəxsi həyatı ilə bağlı problemi olub
Mariya Stadnik

"Mariya Stadnikin şəxsi həyatı ilə bağlı problemi olub. Göy-Göldə yaxşı hazırlıq keçib, hazırda əla formadadır.

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev Tokio-2020-yə lisenziya qazanmış qadın güləşçi Mariya Stadnik barədə danışarkən deyib.

Federasiya rəhbəri 50 kq çəki dərəcəsində çıxış edən idmançının güləşi atmaq istəməsindən xəbərsiz olduğunu bildirib: "Onun güləşi atmaq istəyini sizdən eşidirəm. Polşada çox rahat çempion oldu. Yüksək səviyyədə iştirak etdi. Hesab edirəm ki, olimpiadada hamımızı sevindirəcək".

Qeyd edək ki, Mariya Stadnik 8-ci dəfə Avropa çempionu olduqdan sonra "Report"a müsahibəsində bir ara, ümumiyyətlə, güləşmək istəmədiyini bildirib. Lakin o, konkret səbəb açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi