Federasiya rəsmisi: "Rafael Ağayevi hakimlər uduzdurdu"

Federasiya rəsmisi: "Rafael Ağayevi hakimlər uduzdurdu" "Olimpiadada 3 qızıl medal qazanmaq şansımız var idi. Amma finallar idmançılarımızın xeyrinə olmadı".
Fərdi
11 Avqust , 2021 16:23
Federasiya rəsmisi: Rafael Ağayevi hakimlər uduzdurdu
Faiq Qarayev

"Olimpiadada 3 qızıl medal qazanmaq şansımız var idi. Amma finallar idmançılarımızın xeyrinə olmadı".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev jurnalistlərlə görüşündə karateçilər Rafael Ağayev (75 kq), İrina Zaretska (+61 kq) və sərbəst güləşçi Hacı Əliyevin (65 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medal qazana bilməmələri barədə danışarkən deyib.

O bildirib ki, Ağayev həlledici görüşdə hakimlərin səhvi üzündən uduzdu: "Rafaelin final qarşılaşmasını dəfələrlə izlədim və belə qanətə gəldim ki, onu uduzdurublar. Bunu isə İtaliya mafiyası etdi. Bütün idmançılarımıza dəstək vermək lazımdır. Burada qələbə olduğu kimi, məğlubiyyət də var".

Qeyd edək ki, Azərbaycan Tokio olimpiadasını 7 medalla başa vurub.

Son xəbərlər

Orphus sistemi