Azərbaycan Həndbol Federasiyasından narazı olan həndbolçular yenidən milli komandaya qayıdıb .
Bu barədə "Report"a açıqlamasında yığmanın üzvü Cavid İsmayılov bildirib.
Oyunçu artıq bir aya yaxındır məşqlərə başladıqlarını söyləyib: "Gənclər və idman nazirinin müavini Mariana Vasileva ilə görüşümüz oldu. Bizi xoş qarşıladı və problemlərimizin hamısını həll etdi".
Hələlik U-16 komandasında yer alan İsmayılov mövsümün sonunda yeni klubunun adına aydınlıq gələcəyini sözlərinə əlavə edib.
Qeyd edək ki, narazı həndbolçular 2021-ci ilin noyabrında yığmadan qovulmuşdu.