Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda səfərdə olan Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyovu qəbul edib.
Nazirliyin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Fərid Qayıbovu nazir təyin edilməsi münasibətilə təbrik edən Kremlyov Bakıdakı səfərində qatıldığı tədbirlərdən danışıb.
Kremlyovun səfərinin Azərbaycan boksçularına faydalı olacağına inandığını bildirən Qayıbov qeyd edib ki, ölkə bütün beynəlxalq idman qurumları kimi, IBA ilə də qarşılıqlı əməkdaşlığa xüsusi önəm verir.
Azərbaycan boksunun hazırkı vəziyyəti, gələcəkdə reallaşdırılması nəzərdə tutulan birgə layihələr və digər məsələlərin müzakirə olunduğu toplantıda Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov və digər şəxslər iştirak ediblər.