Fərid Qayıbov Çinin idman nazirinin müavini ilə görüşüb

Fərid Qayıbov Çinin idman nazirinin müavini ilə görüşüb Gənclər və idman naziri Fərid Qayıbovun Çinə üç günlük səfəri bu gün başa çatır
Fərdi
15 Fevral , 2022 11:27
Fərid Qayıbov Çinin idman nazirinin müavini ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Pekinə səfəri zamanı Çinin idman nazirinin müavini, Çinin Olimpiya Komitəsinin vitse-prezidenti Li Yunqçuanla görüşüb.

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında idman sahəsində əməkdaşlıq məsələləri və Qış Olimpiya Oyunlarının təşkili müzakirə olunub.

Müzakirələrdə Pekin-2022-də Olimpiya komandasının şef de-missionu Anar Bağırov da iştirak edib.

F.Qayıbov üç günlük səfəri müddətində müxtəlif idman növləri üzrə yarışları da izləyib, Oyunlarda Azərbaycanı təmsil edən fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova ilə görüşüb. Nazir bu gün Ryabovanın qısa proqramdakı çıxışını izlədikdən sonra Vətənə qayıdacaq.

Son xəbərlər

Orphus sistemi