Fəridə Əzizova: "Tokiodan medalla qayıdacağıma inanıram"

Fəridə Əzizova: "Tokiodan medalla qayıdacağıma inanıram" "İdmançı üçün bayraqdar seçilmək ilk növbədə qürur hissi, eyni zamanda böyük məsuliyyətdir. Çalışacağıq ki, bu məsuliyyətin altından layiqincə çıxaq"
Fərdi
14 İyul , 2021 10:43
Fəridə Əzizova: Tokiodan medalla qayıdacağıma inanıram

"İdmançı üçün bayraqdar seçilmək ilk növbədə, qürur hissi, eyni zamanda böyük məsuliyyətdir. Çalışacağıq ki, bu məsuliyyətin altından layiqincə çıxaq".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan taekvondoçusu Fəridə Əzizova Tokio-2020 Yay Olimpiya Oyunlarında bayraqdar seçilməsi barədə danışarkən deyib.

67 kq-da çıxış edən idmançı bildirib ki, bu, özü üçün əlavə motivasiyadır: "Biz bayraqdar olaraq, oraya öz bayrağımızı aparacağıq. Bütün Azərbaycanın bizə dəstək olması və arxamızda dayanması yaxşı stimul olacaq. Mən belə hiss edirəm".

Əzizova olimpiadaya medal qazanmaq üçün yollanacağını söyləyib: "Bütün olimpiadalarda olduğu kimi döyüşlər çətin keçəcək. Bu, mənim 3-cü olimpiadam olacaq. Yetərincə təcrübə qazanmışam. Bu dəfə medalla qayıdacağıma inanıram".

Qeyd edək ki, Fəridə Əzizova Azərbaycan bayrağını iyulun 23-də keçiriləcək açılış mərasimində cüdoçu Rüstəm Orucovla birlikdə daşımalıdır. Onun döyüşləri isə iyulun 26-da olacaq.

Son xəbərlər

Orphus sistemi