"Formula 1" üzrə "Red Bull" komandasının 27 yaşlı niderlandlı pilotu Maks Ferstappen liderlik günlərinin sayına görə 7 qat dünya çempionu, əfsanəvi Mihael Şumaxeri keçib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 2021-ci ildən bəri ardıcıl üç titul qazanan və 2022-ci il İspaniya Qran-prisindəki qələbəsindən sonra fərdi hesabda liderliyi ələ alan M.Ferstappen 897 gündür çempionatın lideri mövqeyindədir.
M.Şumaxer isə 2000-ci ilin əvvəlində İtaliyanın "Ferrari" kollektivində çıxış etdiyi dönəmdə "Formula 1"də fərdi hesabda 896 gün liderliyini qorumuşdu.
Qeyd edək ki, "Formula 1" üzrə Braziliya Qran-prisinin əsas yarışı bu gün keçiriləcək.