Jurnalistlər FHN-in İdman-sağlamlıq Klubunun fəaliyyəti barədə məlumatlandırılıb

Jurnalistlər FHN-in İdman-sağlamlıq Klubunun fəaliyyəti barədə məlumatlandırılıb Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq Mərkəzin mətbuat nümayəndələri üçün media-tur təşkil olunub.
Fərdi
16 Oktyabr , 2024 11:16
Jurnalistlər FHN-in İdman-sağlamlıq Klubunun fəaliyyəti barədə məlumatlandırılıb

Jurnalistlər Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq Klubunun fəaliyyəti barədə məlumatlandırılb.

"Report" xəbər verir ki, klubun rəisi, polkovnik Füzuli Musayev klubun 14 min kvadratmetr ərazini əhatə etdiyini, kompleksdə 1950 tamaşaçı tutumuna malik universal zalın olduğunu bildirib.

Daha sonra voleybol, taekvondo, cüdo, güləş, trenajor, üzgüçülük və kikboksinq zallarına baxış keçirilib.

Kompleksdə açıq havada 700 yerlik futbol stadionu, 5 idman zalı (boks, güləş, karate, cüdo, fitnes), üzgüçülük hovuzu, 120 nəfərlik iclas və müşavirələrin keçirilməsi üçün akt zalı, konfrans zalı, idman nailiyyətləri muzeyi yaradılıb.

İdman-sağlamlıq Klubu tərəfindən əsas diqqət nazirliyin hərbi qulluqçularının və xüsusi rütbəli əməkdaşların fiziki hazırlığının yüksəldilməsinin həyata keçirilməsinə yönəldilib. Burada 4 şöbə və 4 bölmə xdmət göstərir. Taekvondo, boks, güləş, kikboksinq, cüdo, karate, gimnastika bölmələrinin 500-ə yaxın təmsilçisi ölkə çempionatlarında və beynəlxalq yarışlarda iştirak edirlər.

Klubun əsas funksiya və vəzifələrinə şəxsi heyətin fiziki hazırlığı və nazirliyin qurumları arasında peşə hazırlığının təcəssümü olan xidməti tətbiqi və kütləvi idman növləri üzrə yarışların təşkili və keçirilməsi aiddir ki, bu məqsədlə il ərzində nazirliyin qurumlaırı arasında 9 (şahmat, stolüstü tennis, çoxnövçülük, minifutbol, cüdo, beşnövçülük, səmti müəyyənetmə, voleybol, sərbəst güləş) yarış keçirilib. Bu yarışlarda 800-ə yaxın əməkdaş iştirak edib. Bundan başqa, FHN-in idmançı əməkdaşları respublika və beynəlxalq yarışlarda iştirak edərək yüksək nailiyyətlər qazanıblar. Belə ki, bu il ərzində cüdo, karate, güləş üzrə Avropa və dünya çempionatarında 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanılıb.

Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan taekvondoçu Qaşım Maqomedov İdman-sağlamlıq Klubunun üzvüdür.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Klubu 2006-cı ildən fəaliyyətə başlayıb. 2018-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə klubun açılış mərasimi keçirilib.

Son xəbərlər

Orphus sistemi