Beynəlxalq Şahmat Federasiyası (FIDE) kişi və qadınlar arasında dünya şahmat tacı uğrunda matç üçün seçim sistemini eyniləşdirməyə çalışır.
"Report"un məlumatına görə, bu barədə "TASS"a FİDE prezidenti Arkadi Dvorkoviç açıqlama verib.
O bildirib ki, qadınlar arasında Qran-pri düşüncəsi şahmat tacı uğrunda mübarizəni vahid sistemlə aparmaq istəyindən irəli gəlir: "Bu, kişilərdə olduğu kimi nəzərdə tutulub. Hər iki sistemi eyniləşdirmək niyyətindəyik. Ümumilikdə qadınlar arasında turnirlərin sayı az idi. Qran-prinin ortaya çıxması aparıcı qadın şahmatçılara daim yarışmaq imkanı verdi".
Dvarkoviç qadınlar üçün yarışları müxtəlif məkanlarda keçirməyə çalışacaqlarını sözlərinə əlavə edib.
Qeyd edək ki, 2020-ci ildə qadınlar arasında Qran-prinin ilk mərhələsi Rusiyanın paytaxtı Moskvada, sonkarı mərhələləri isə Monako, İsveçrənin Lozanno şəhəri və Cəbəllütariqdə gerçəkləşib.