"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Haas" komandası yeni bolidini təqdim edib.
"Report" yarışın rəsmi tvitterinə istinadən xəbər verir ki, avtomobilə VF-21 adı verilib.
Boliddə Rusiya bayrağının rəngləri yer alıb.
Qeyd edək ki, ABŞ komandası səhmdarı Dmitri Mazepin olan "Urarkaliy" şirkəti ilə sponsporluq müqaviləsi bağlayıb. 2021 mövsümündə "Haas"da D.Mazepinin oğlu Nikita Mazepin və yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxer çıxış edəcək.
Qeyd edək ki, "Formula 1"də 2021 mövsümü 26 - 28 martda Bəhreyn Qran-prisi ilə start götürəcək. Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.