Azərbaycan Qran-prisi üçün Bakıya 42 pilot gələcək - VİDEO - YENİLƏNİB

Azərbaycan Qran-prisi üçün Bakıya 42 pilot gələcək - VİDEO - YENİLƏNİB “Paytaxt Bakı "Formula 1" üzrə Azərbaycan Qran-prisinə tam hazırdır. Yarış üçün nəzərdə tutulan bütün infrastruktur qurulub”
Fərdi
31 May , 2021 20:47
Azərbaycan Qran-prisi üçün Bakıya 42 pilot gələcək - VİDEO - YENİLƏNİB

Video əlavə olunub

17:32

“Paytaxt Bakı "Formula 1" üzrə Azərbaycan Qran-prisinə tam hazırdır. Yarış üçün nəzərdə tutulan bütün infrastruktur qurulub”.

Bunu “Report”a açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva bildirib.

Onun sözlərinə görə, 4 - 6 iyunda baş tutacaq Qran-pridə iştirak etmək üçün 10 komanda və 20 pilot gəlməyə başlayıb: “Formula 1"lə yanaşı, "Formula 2" çempionatı da paralel keçirilir. Bu çempionatda isə 11 komanda, 22 pilot yarışır. Ümumilikdə 42 pilot çıxış edəcək. BŞH komandaların qarajlarındakı işləri, demək olar ki, yekunlaşdırıb. Trek üzərində test və sıralama mərhələləri artıq cümə - bazar günləri baş tutacaq”.

BŞH rəsmisi onu da vurğulayıb ki, Bakıdakı yarışın işıqlandırılmasına dünya mediasının marağı olduqca böyükdür: "Azərbaycan Qran-prisini 70-dən artıq əcnəbi media nümayəndəsi və 20-dək xarici telekanal işıqlandıracaq. Yerli medianın da akkreditasiyası artıq yekunlaşmaq üzrədir. Bu il yarışlar azarkeşsiz keçiriləcəyindən, onlar üçün nəzərdə tutulan əyləncə zonası, ümumiyyətlə, Bulvarda yerləşən "Formula 1" şəhərciyi olmayacaq”.

Son xəbərlər

Orphus sistemi