2022-ci il "Formula 1" təqvimində Mayami Qran-prisi də yer alacaq.
"Report"un məlumatına görə, Florida ştatındakı mərhələnin təşkilatçıları yeni trasda bort kamerasından virtual dövrəni nümayiş etdirib.
5,41 km uzunluğa malik tras 19 dövrədən və DRS zonalarının yerləşə biləcəyi 3 düzlükdən ibarət olacaq. Bolidlərin 320 km/saat sürətə çatacağı gözlənilir.
Tras "Mayami Dolfins" futbol klubunun "Hard Rock" stadionunun ətrafındadır.
Təşkilatçılar səs-küyün azaldılması üçün xüsusi maneələr quraşdıracaq, şəhərin iqtisadiyyatına 5 il ərzində güşətli proqramlara 5 milyon dollar sərmayə qoyulacaq, sakinlərə endirimli biletlər təqdim olunacaq, məktəb və kolleclərin 5 ən yaxşı məzununun təhsil xərcləri ödəniləcək.
Welcome to Miami
Jump onboard for a virtual lap of the sun-soaked circuit that will play host to @f1miami in 2022!