"Formula 1" koronavirusa qarşı məcburi peyvənd tətbiq edəcək

"Formula 1" koronavirusa qarşı məcburi peyvənd tətbiq edəcək "Formula 1" rəhbərliyi cari mövsümdən bütün komandaların üzvlərindən koronavirusa qarşı məcburi peyvənd tələb edəcək
Fərdi
31 Yanvar , 2022 17:39
Formula 1 koronavirusa qarşı məcburi peyvənd tətbiq edəcək

"Formula 1" rəhbərliyi cari mövsümdən bütün komandaların üzvlərindən koronavirusa qarşı məcburi peyvənd tələb edəcək.

"Report" BBC-yə istinadən xəbər verir ki, 2022-ci il mövsümündə heç kim tam aşılanmamış paddoka düşə bilməyəcək.

Bu, pilotlar, komanda üzvləri və media nümayəndələri də daxil olmaqla, bütün heyətə şamil ediləcək. Komanda peyvənd olunmamış sürücü ilə müqavilə bağlamaq istəsə, onun yarışda iştirakına icazə verilməyəcək.

Bundan əlavə, yeni qaydalar, keçirildiyi ölkədən asılı olmayaraq, Qran-prilərə qatılacaq dövlət rəsmilərinə də şamil olunacaq.

Qeyd edək ki, "Formula 1"də yeni mövsüm martın 20-də Bəhreyndə başlayacaq. 10 - 12 iyunda isə Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi