"Formula 1" pilotu Yuki Tsunoda yarış üçün gəldiyi ABŞ-də problemlə üzləşib.
"Report" "motorsport.com"a istinadən xəbər verir ki, "Rasinq" komandasının yaponiyalı sürücüsü sərhədi keçərkən ciddi yoxlanış səbəbindən narahatlıq yaşayıb.
O, daha əvvəl də bu cür problemlə qarşılaşdığını söyləyib.
Qeyd edək ki, "Formula 1"in Las-Veqas mərhələsi noyabrın 22-dən 24-dək davam edəcək.