"Formula 1" pilotunun avtomobili alovlandı

"Formula 1" pilotunun avtomobili alovlandı "Formula 1" üzrə Abu Dabi Qran-prisinin ikinci sərbəst yürüşləri zamanı "Alfa Romeo" pilotu Kimi Raykkonenin avtomobili yanıb.
Fərdi
11 Dekabr , 2020 23:18
Formula 1 pilotunun avtomobili alovlandı

"Formula 1" üzrə Abu Dabi Qran-prisinin ikinci sərbəst yürüşləri zamanı "Alfa Romeo" pilotu Kimi Raykkonenin avtomobili yanıb.

"Report"un məlumatına görə, hadisə nəticəsində yürüş bir müddət dayandırılıb. Finlandiyalı sürücü bolidini dayandıraraq, çölə problemsiz çıxıb. Onun həyatı üçün təhlükə yoxdur. Müəyyən fasilədən sonra yürüş davam etdirilib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən mövsümün son Qran-prisində ikinci sərbəst yürüşün qalibi "Red Bull" pilotu Maks Ferstappen olub. "Mercedes"dən Valtteri Bottas ikinci, "Renault"dan Esteban Okon üçüncü yeri tutub. Son sərbəst yürüş və təsnifat mərhələsi dekabrın 12-də, yarış dekabrın 13-də olacaq.

Son xəbərlər

Orphus sistemi