"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" komandası böyük məbləğdə cərimələnib.
"Report" Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi saytına istinadən xəbər verir ki, Avstriya təmsilçisi maliyyə reqlamentini pozduğu üçün 7 milyon ABŞ dolları ziyana düşüb.
İkiqat dünya çempionu Maks Ferstappenin çıxış etdiyi komanda büdcə həddini 2,2 milyon dollar keçib.
Qeyd edək ki, "Aston Martin" isə prosedur pozuntusuna görə cərimə olunub.