"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" komandası pilotu Maks Ferstappenlə müqavilənin müddətini uzadıb.
"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı sürücünün yeni sözləşməsi 2028-ci ilədək nəzərdə tutulub.
Niderlandlı pilotun hazırkı müqaviləsi 2023-cü ildə başa çatmalı idi. 2016-cı ildən "Red Bull"da çıxış edən Ferstappen ötən mövsüm karyerasında ilk dəfə dünya çempionu olub.
Qeyd edək ki, "Formula 1" mövsümünə martın 20-də Bəhreyndə start veriləcək. 10 - 12 iyunda Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.