"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" komandası yeni mövsüm üçün bolidini təqdim edib.
"Report" komandanın rəsmi tvitter hesabına istinadən xəbər verir ki, bolidə RB16B adı verilib.
Avtomobil xarici görünüşünə görə sələfindən çox da fərqlənmir.
Qeyd edək ki, "Formula 1"də 2021 mövsümü 26 - 28 martda Bəhreyn Qran-prisi ilə start götürəcək. Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.
And now for the B-Side Meet the RB16B
— Red Bull Racing (@redbullracing)#ChargeOn pic.twitter.com/2XrH3G4AP0 February 23, 2021