"Formula 1" üzrə Rusiya Qran-prisində təsnifat mərhələsinin qalibi müəyyənləşib.
"Report"un məlumatına görə, "McLaren" pilotu Lando Norris 1.41bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb.
"Ferrari"dən Karlos Sayns 2-ci, "Williams"dan Corc Rassel isə 3-cü olub. "Mercedes" pilotu Lüis Hemilton isə 4-cü yerlə kifayətlənib.
Qeyd edək ki, Soçidə keçirilən Qran-priyə sentyabrın 26-da yekun vurulacaq.