"Formula 1": Səudiyyə Ərəbistanı Qran-prisinin qalibi məlum olub

"Formula 1": Səudiyyə Ərəbistanı Qran-prisinin qalibi məlum olub "Mercedes" komandasının pilotu Lüis Hemilton "Formula 1" üzrə Səudiyyə Ərəbistanı Qran-prisinin qalibi olub.
Fərdi
6 Dekabr , 2021 00:14
Formula 1: Səudiyyə Ərəbistanı Qran-prisinin qalibi məlum olub

"Mercedes" komandasının pilotu Lüis Hemilton "Formula 1" üzrə Səudiyyə Ərəbistanı Qran-prisinin qalibi olub.

"Report"un məlumatına görə, Ciddə avtodromunda təşkil olunmuş 50 dövrəlik mübarizədə britaniyalı 7 qat dünya çempionu "Red Bull" sürücüsü Maks Ferstappendən üstün olub.

İlk üçlüyü "Mercedes"in digər üzvü Valtteri Bottas qapayıb.

Hemilton liderlik uğrunda mübarizədə Ferstappenə hücum etdiyi vaxt niderlandlı pilot onu trasdan sıxışdırmağa çalışıb. Bundan sonra titullu idmançını rəqibi gözlənilmədən irəli buraxıb. Bu zaman Hemilton "Red Bull"un bolidini vurub və ona xəsarət yetirib. Bununla belə, britaniyalı sürücü niderlandlı pilotu keçməyi bacarıb.

Yarış toqquşmalar üzündən iki dəfə dayandırılıb. Əvvəlcə "Haas"ın almaniyalı sürücüsü Mik Şumaxer yan səddə çırpılıb, sonra isə "Red Bull"dan Serxio Peresin idarə etdiyi bolid "Ferrari" sürücüsü Şarl Leklerlə təmasdan sonra qəzaya düşüb. Peresin çevrilmiş maşınını görən "Uilyams" pilotu Corc Rassell dərhal əyləci basıb və ona arxadan rusiyalı sürücüsü Nikita Mazepinin "Haas"ı dəyib. Hər üç pilot maşınları ciddi xəsarət aldığı üçün mübarizəni dayandırıb.

Səudiyyə Ərəbistanı Qran-prisindən sonra xalını 369,5-ə çatdıran Hemilton Ferstappenlə bərabərləşib. Niderlandlı sürücü yalnız qələbə sayının daha çox olması səbəbindən birinci pillədə qalıb. Üçüncü yerdə isə 218 xalla Bottas gedir.

Konstruktorlar Kubokunda "Mercedes" 587,5 xalla liderdir. 559,5 xala malik "Red Bull" ikinci, 307,5 xalı olan "Ferrari" üçüncüdür.

Qeyd edək ki, mövsümün son Qran-prisi dekabrın 12-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə olacaq.


 

Son xəbərlər

Orphus sistemi