Türkiyə Qran-prisi bu il "Formula 1" təqviminə qayıda bilər.
"Report"un Türkiyə hökumətinin rəsmi saytına istinadən məlumatına görə, hazırda "İstanbul Park" trasında Qran-prinin təşkili üzərində iş aparılır. Məsələ müsbət həllini tapsa, yarış cari mövsüm təşkil olunacaq.
Qeyd edək ki, Türkiyə Qran-prisi 2005 - 2011-ci illərdə keçirilib.