“Formula 1” üzrə Braziliya Qran-prisinin qalibi müəyyənləşib.
“Report” xəbər verir ki, San-Pauluda keçirilən yarışda "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen finişə hamıdan tez çatıb.
Sonrakı iki pilləni isə "Alpin"in fransalı üzvləri tutub. Esteban Okon ikinci, Pyer Qasli üçüncü olub.
Qeyd edək ki, bu gün baş tutan təsnifat mərhələsinin qalibi “McLaren” komandasının britaniyalı pilotu Lando Norris olmuşdu.