"Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci sprint yarışı başa çatıb.
"Report"un məlumatına görə, "Hitech Grand Prix" komandasının pilotu Yuri Vips bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb.
"Charouz Racing System"dən Devid Bekman ikinci, "Carlin"dən Cehan Daruvala üçüncü yeri tutub.
Günün birinci yarısında baş tutan ilk sprint yarışının qalibi isə "Prema Racing"in sürücüsü Robert Şvartsman olub.
Ümumilikdə 6 pilot qəza səbəbindən yarışa sonadək davam edə bilməyib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.
"Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışına 3 bilot uğursuz start verib.
"Report"un məlumatına görə, Quan Çjou ("Uni-Virtuosi Racing), Lirim Zendeli (“MP Motorsport”) və Ralf Boşunq ("Campos Racing") idarəetməni itirərək mübarizəni dayandırıb.
Qeyd edək ki, günün birinci yarısında baş tutan ilk sprint yarışının qalibi "Prema Racing" komandasından Robert Şvartsman olub.
Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.
Bakıda "Formula 2" üzrə ikinci sprint yarışına start verilib.
"Report"un məlumatına görə, bununla da Azərbaycan Qran-prisində ikinci günün son mübarizəsi başlayıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq "Formula-2"də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.