Füzuli Musayev: "Çalışırıq ki, Azərbaycan gəncləri sağlam idmançı ruhunda böyüsünlər"

Füzuli Musayev: "Çalışırıq ki, Azərbaycan gəncləri sağlam idmançı ruhunda böyüsünlər" Çalışırıq ki, Azərbaycan gəncləri sağlam idmançı ruhunda böyüsünlər.
Fərdi
16 Oktyabr , 2024 12:35
Füzuli Musayev: Çalışırıq ki, Azərbaycan gəncləri sağlam idmançı ruhunda böyüsünlər
Füzuli Musayev

Çalışırıq ki, Azərbaycan gəncləri sağlam idmançı ruhunda böyüsünlər.

"Report" xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev jurnalistlərə açıqlamasında deyib.

Hövsan qəsəbəsində yerləşən kluba təşkil olunan tur zamanı danışan qurum rəsmisi bu cür görüşlərin keçirilməsinin sevindirici olduğunu bildirib:

"Media nümayəndələri ilə görüş bizim üçün xoş oldu. Jurnalistlərin bu cür tədbirləri işıqlandırması sevindirici haldır. Mətbuat işçilərinin sayəsində bir çox uşaqların idmana həvəsi yaranacaq və onlar sizin çəkib göstərdiyiniz FHN-nin İdman-sağlamlıq Klubunun üzvü olmaq istəyəcəklər. Hər birimiz Azərbaycan dövlətinə və xalqına xidmət edirik. Çalışırıq ki, Azərbaycan gəncləri sağlam idmançı ruhunda böyüsünlər".

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Klubu 2006-cı ildən fəaliyyətə başlayıb. 2018-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə klubun açılış mərasimi keçirilib.

Son xəbərlər

Orphus sistemi