2022-ci ildə Azərbaycanın dövlət büdcəsindən bədən tərbiyəsi və gənclər siyasəti üçün ayrılacaq vəsait açıqlanıb.
"Report"un məlumatına görə, bu, 2022-ci ilin dövlət büdcənin layihəsində əksini tapıb.
Həmin layihəyə əsasən, məbləğ 43 890 288,0 manat təşkil edəcək.
2021-ci ildə isə bədən tərbiyəsi və gənclər siyasəti üçün 53 958 941,0 manat xərclənib.