Boks üzrə gənclərdən ibarət Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub.
Azərbaycan Boks Federasiyasının (ABF) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, ABF-nin qərarı ilə bu vəzifə Elbrus Rzayevə həvalə edilib.
Bunadək qadınlardan ibarət yığmada baş məşqçi vəzifəsini yerinə yetirən mütəxəssis bu gündən işinin icrasına başlayacaq.
Onun ilk sınağı 10 - 22 apreldə Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına təsadüf edəcək. Yarışa hazırlıq məqsədilə komanda bugünlərdə təlim-məşq toplanışına başlayacaq.