Gənclər və idman naziri Pekin olimpiadası üçün Çinə gedir

Gənclər və idman naziri Pekin olimpiadası üçün Çinə gedir Gənclər və idman naziri Fərid Qayıbov Pekin-2022 Qış Olimpiya Oyunlarını izləmək üçün Çinə səfər edəcək.
Fərdi
5 Fevral , 2022 10:01
Gənclər və idman naziri Pekin olimpiadası üçün Çinə gedir
Fərid Qayıbov

Gənclər və idman naziri Fərid Qayıbov Pekin-2022 Qış Olimpiya Oyunları ilə bağlı Çinə səfər edəcək.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyevin "Report"a verdiyi məlumata görə, nazir Azərbaycan təmsilçilərinin olimpiadadakı çıxışlarını izləyəcək.

Qeyd edək ki, Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edir. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova məharətini sərgiləyəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi