Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov amerikalı rəqibi Castin Geycinin sözlərinə cavab verib.
"Report"un məlumatına görə, ABŞ təmsilçisinin ESPN nəşrinin "Instagram" hesabında döyüşlə bağlı fikirləri yer alıb. Geyci Nurməhəmmədovla görüş barədə iddialı danışıb: "Qarşımda çox da böyük olmayan zona yer alacaq. Bu, ölüm zonasıdır. Həbib hər dəfə bu zonaya düşəndə mən ölüm hədəsi daşımalıyam. Ona görə yaxşıyam ki, qırğın törədəcəyəm".
Rusiyalı döyüşçü isə bu posta belə şərh yazıb: "Səviyyə. Onun sözləri və özünə inamı xoşuma gəlir. Bu döyüş bu ilin ən yaxşısı olacağını vəd edir. Dünyaya göstərməyə nəyimsə var".
Qeyd edək ki, Həbib Nurməhəmmədov və Castin Geyci arasındakı görüş oktyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC 254 turniri zamanı gerçəkləşəcək.