Həbib Nurməhəmmədov idmandan nə vaxt gedəcəyindən danışıb

Həbib Nurməhəmmədov idmandan nə vaxt gedəcəyindən danışıb Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov idmandan nə vaxt gedəcəyi barədə danışıb.
Fərdi
23 Oktyabr , 2020 04:06
Həbib Nurməhəmmədov idmandan nə vaxt gedəcəyindən danışıb
Həbib Nurməhəmmədov

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov idmandan nə vaxt gedəcəyi barədə danışıb.

"Report" xəbər verir ki, bu barədə "UFC Russia" məlumat yayıb.

"Məndə hələ rəqabət atəşi alovlanır. Əgər özünə rahatlamağa icazə versən, onda beyin bədənə komanda verməyəcək. Vaxtın yetişdiyini hiss edən kimi (idmandan - red) gedəcəm", - Həbib Numəhəmmədov deyib.

H.Nurməhəmmədov daha əvvəl karyerasının sonu barədə sualı cavablandırıb. O, bildirib ki, hələlik "özünün daha möhkəm olduğunu” hiss edir.

Xatırladaq ki, sabah H.Nurməhəmmədovla amerikalı Castin Qetji arasında döyüş baş tutacaq.

Son xəbərlər

Orphus sistemi