Həbib Nurməhəmmədov karyerasını rəsmən başa vurdu

Həbib Nurməhəmmədov karyerasını rəsmən başa vurdu Mütləq Döyüş Çempionatının (UFC) rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov karyerasını rəsmən başa vurub
Fərdi
19 Mart , 2021 07:59
Həbib Nurməhəmmədov karyerasını rəsmən başa vurdu
Həbib Nurməhəmmədov və Deyna Uayt

Mütləq Döyüş Çempionatının (UFC) rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov karyerasını rəsmən başa vurub.

“Report” xəbər verir ki, bu barədə Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Deyna Uayt özünün tvitterdəki hesabında bildirib.

"O, 100 faiz rəsmən təqaüdçüdür. Sizin necə işlədiyinizi izləmək inanılmaz idi. Hər şey üçün təşəkkür edirəm. Gələcəkdən zövq al, dostum", - deyə Uayt sosial şəbəkədə yazıb.

Daha əvvəl bildirilirdi ki, Mütləq Döyüş Çempionatının prezidenti Həbib Nurməhəmmədovla onun karyerası ilə bağlı görüş keçirəcək.

Son xəbərlər

Orphus sistemi