Həbib Nurməhəmmədov karyerasının sonu barədə sualı cavablandırıb

Həbib Nurməhəmmədov karyerasının sonu barədə sualı cavablandırıb Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov növbəti dəfə hələ karyerasını tamamlamaq haqqında fikirləşmədiyini deyib.
Fərdi
13 Sentyabr , 2020 03:32
Həbib Nurməhəmmədov karyerasının sonu barədə sualı cavablandırıb
Həbib Nurməhəmmədov

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov növbəti dəfə hələ karyerasını tamamlamaq haqqında fikirləşmədiyini deyib.

“Report” xəbər verir ki, bu barədə o, “Sport24”ə açıqlamasında bildirib.

İdmançının sözlərinə görə, hələlik "özünün daha möhkəm olduğunu” hiss edir.

"(Karyeranı-red) nə vaxt bitirəcəksən sualları olduqca çoxdur. Başa düşürəm, insanlar mənim qələbələrimdən yoruldular, yeni nəsə istəyirlər. Hələ ki, bədənim icazə verir, hələlik, daha möhkəm oluram, karyeranın tamamlanması haqqında müəyyənliklər yoxdur”.

O, qeyd edib ki, özündə rəqibləri ilə mübarizə aparmaq gücünün olduğunu hiss edir: “Mən hələ hiss edirəm ki, rəqabət apara, öz çəkimdə ən yaxşı ola və ağır yüklənmələri qəbul edə bilərəm, mən gediş haqqında fikirləşmirəm", - rusiyalı idmançı əlavə edib.

Daha əvvəl H.Nurməhəmmədov bildirib ki, peşəkar idmandan getdiklərini elan edən atletlərin təxminən 90%-i adətən yenidən bu sahəyə qayıdırlar.

Son xəbərlər

Orphus sistemi