Həbib Nurməhəmmədov karyerasının sonu barədə danışdı

Həbib Nurməhəmmədov karyerasının sonu barədə danışdı Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov karyerasını tamamlayacağı barədə sualı cavablandırıb.
Fərdi
7 Sentyabr , 2020 04:33
Həbib Nurməhəmmədov karyerasının sonu barədə danışdı
Həbib Nurməhəmmədov

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov karyerasını tamamlayacağı barədə sualı cavablandırıb.

Bu barədə “Report” “İzvestiya”ya istinadən xəbər verir.

Onun sözlərinə görə, peşəkar idmandan getdiklərini elan edən atletlərin təxminən 90%-i adətən yenidən bu sahəyə qayıdırlar.

"Hansısa anlar ola bilər, amma mən düşünürəm ki, əgər karyeramı bitirsəm, onda idmanla qurtaracam. Əgər hətta nəsə olsa (karyeranın tamamlanması haqqında açıqlamadan sonra çıxışlar - red.), bu, hansısa bir nümayiş çıxışları olacaq. Karyeranı tamamladıqdan sonra ikinci dəfə Olimpə qalxmaq, əlbəttə mümkün olmayacaq.

Amma hansısa anları istisna etmirəm. Lakin əgər Mütləq Döyüş Çempionatında çıxışlarımı qurtarsam, onda 100 faiz bir daha qayıtmayacam", - o deyib.

Həbib Nurməhəmmədovun aktivində 28 qələbə var. Rusiyalı idmançı çəki kateqoriyasından asılı olmayaraq, UFC-nin rəsmi reytinqində ən yaxşı döyüşçülər arasında ikinci yeri tutur.

Daha əvvəl bildirilirdi ki, Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi atasının ölümündən sonra karyerasını başa vurmaq barədə düşünüb. İdmançı həmin an onun üçün başqa döyüşün təyin olunduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi