Həftənin oyunu: 81 gedişlik partiya

Həftənin oyunu: 81 gedişlik partiya "Report" beynəlxalq qrossmester Vahap Şanalın təhlil yazısını təqdim edir...
Fərdi
23 May , 2021 13:50
Həftənin oyunu: 81 gedişlik partiya

"Report" beynəlxalq qrossmester Vahap Şanalın təhlil yazısını təqdim edir...

Şahmat üzrə daha bir möhtəşəm yarış - Çin çempionatı bu həftə başlanır. Əminəm ki, qeyri-adi oyun göstərə bilən çoxlu unikal şahmatçılardan ibarət turnir aşağıdakı kimi xeyli maraqlı oyunları ortaya çıxaracaq.

Bugünkü görüş sadə bir nüansa fikir verməməyin yüksək səviyyəli oyunlarda çətinliklər yarada biləcəyinin ən yaxşı nümunəsidir. Təbii görünən gedişlər etməmək üçün istəklərimizi idarə etməli və şahmatın hər mövqedə bu qədər detalları olan mürəkkəb qarşılaşma olduğunu unutmamalıyıq.

Şahmatçı oyunlarında mükəmməllik hədəfləyirsə, hər mövqedə bu detallara diqqət yetirməli və diqqətlə araşdırmalıdır…

(25) Zhao,Jun (2638) - Yu,Yangyi (2709) [B51]

Chinese Championship chess24.com (2.6), 08.05.2021

[Sanal,Vahap]

1.e4 c5 2.Af3 Ac6 3.Fb5 e5 4.Ac3 [Əsas xətt c3–d4 planının ardınca gələn 4.0–0-dır, lakin bu qaydaya ötən il bir çox şahmatçular müraciət edərək, məşhurlaşdı. Zhao manevrli oyunu hədəfləyərək, daha az məşhur olan seçim edir]

4...d6 5.0–0 Af6 6.Te1!? [İlk dəfədən, bu gedişi anlamaq çətindir. Çünki e xətti bağlıdır və açılacağı gözlənilmir. Lakin məqsəd bu deyil, daha çox f1 xanasını boşaltmaqdır ki, b5-dəki filin və fil cütlüyünün təhlükəsizliyi təmin olunsun.]

6...Fe7?! [çox təbii görünən gediş, lakin ehtiyatlı. Yu Ağların fikrini ya görmədi, ya da dəyərləndirmədi və özünü çətin vəziyyətə saldı. Mövqe sadə görünür və fiqurları daha yaxşı vəziyyətə gətirmək, qala qurmaq olar. Amma əvvəl də qeyd edildiyi kimi, şahmat mürəkkəb oyundur və hər nüansı dərin düşünməyi tələb edir. Qaralar 6...a6 ilə başlamalı oldular.]

[6...a6 bu gediş Qaralara yaxşı oyun verə bilər. Ağlar qərar verməlidir: c6 xanasına getsə, Qaralar fillərlə və güclü mərkəzlə mükəmməl oyun göstərəcək. f1 xanasına getsə, Nd5 fikirləri daha mümkün olmayacaq. Çünki Qaralar c6 xanasında bağlama taktikasına görə narahat olmadan onu götürə bilər.]

7.Ad5! [Məncə, bu, Ağların oyun ərzində ilk dəfə üstünlük əldə etdiyi an idi. Qaralar c6-dakı pin taktikası və fillərini itirmək qorxusuna görə d5 xanasına gedə bilmir. Mərkəz hazırda bağlıdır, siz düşünə bilərsiniz ki, fillərin önəmi yoxdur, lakin, Axe7-dən sonra Ağlar bu problemi c3-d4-lə həll edəcək.]

7...0–0 8.Axe7+ Axe7 9.c3 a6 10.Ff1 Ag6 11.d4 cxd4 12.cxd4 h6 13.b3 [Əlbəttə, fil b2 damasına aiddir. Çünki, o, orada a1-h8 diaqonalını qoruyur..]

13...Fg4 14.h3 Fxf3 15.Vxf3 [Düşünürəm ki, məhz bu fillər Ağlara üstünlük qazandırır.]

15...d5 16.dxe5 Axe4 17.Fb2 Te8 18.Tad1 Va5 19.a3?! [Burada Ağlar ehtiyatlı oynayır və Qaralar üçün taktiki ideyanı gözdən qaçırır.]

[19.Vd3 Tad8 20.Vd4 Af8 (20...Vxa2? 21.Ta1 Vxb3 22.Fd3!+– Ağlar növbəti Ra3 gedişi ilə Qaraların vəzirini götürəcək.) 21.a3 Ae6 22.Ve3]

19...Tad8?! [19...Axe5! Bu gediş yalnız taktiki səbəblərdən daha yaxşı idi və hər iki oyunçu qaçırdı. 20.Vf5 Ad6 21.Vf4 Ac6! E1-də topu təhdid etmək və Rxe8 olduğu təqdirdə, atla e8-i tutmağı planlaşdırmaq. Lakin Ağ təzyiqi hər halda saxlaya bilər. 22.b4 Vc7 23.Vg4 d4 24.Fxd4 Axd4 25.Vxd4 Txe1 26.Txe1 Af5 27.Ve5 Vxe5 28.Txe5 Ad6 29.Te7]

20.Ve3 Vc7 21.f3 [Fillərini istifadə etməyin yollarından biri də yavaş-yavaş yer üstünlüyü qazanmaqdır.]

21...Ag5 22.f4 Ae4 23.Fd4 Ve7 24.Fb6 Td7 25.Txd5!? [25.b4 Ağların mövqeyi istənilən halda mükəmməldir, buna görə də yavaş-yavaş davam etmək mümkün idi.]

25...Txd5 26.Vxe4 [Fillər və piyada ilə Ağlar, şübhəsiz ki, mükəmməl kompensasiyaya və böyük təşəbbüsə malik olacaq.]

26...Ve6 27.Ff2 Vc6? [Müdafiəni əldən buraxmaqla, Qaralar bir səhvlə vəziyyətə nəzarəti itirdi.]

[27...f5! 28.Vf3 b5! Mövqeyi bloklayır və f1-dəki fil üçün bütün xanaları götürür. Bu xətt Qaralara əla oyun verəcək və bu, görüşün əsas anı idi.]

28.Fc4 Td2 29.Vxc6 bxc6 30.e6 Txe6 [30...fxe6? 31.f5 Ağlar e6-da güclü piyada sayəsində qazanacaq.]

31.Fxe6 fxe6 32.Txe6+– [Atlar piyadanın qarşısını ala bilmir və bu, böyük problem olacaq. Ağlar bundan sonra mükəmməl taktika göstərir.]

32...Axf4 33.Txc6 Td3 34.Txa6 Txb3 35.a4 Ta3 36.a5 Ta1+ 37.Şh2 Ta2 38.Şg3 g5 39.Ta8+ Şf7 40.a6 Ad3 41.Fe3 Ae1 42.Ff2 Ad3

43.a7 [Ağların piyadasını fil qoruyur. Beləliklə, top dəstək üçün hərəkətlənəcək. Qaraların edəcəyi bir şey qalmayıb..]

43...Axf2 44.Th8 Ae4+ 45.Şf3 Ad2+ 46.Şg4 Ta4+ 47.Şg3 Ae4+ 48.Şh2 Şf6 49.a8V Txa8 50.Txa8 [Bu mövqe Ağlar üçün asan qələbədir, çünki Qaraların bu qədər piyada ilə sağ qalması mümkün deyil.]

50...h5 51.g3 Şg6 52.Şg2 Şf5 53.Ta5+ Şf6 54.Şf3 Ad2+ 55.Şf2 Ae4+ 56.Şg2 Şe6 57.Tb5 Şf6 58.Şf3 Ad2+ 59.Şe3 Af1+ 60.Şf2 Ad2 61.Tb6+ Şf5 62.Tb5+ Şf6 63.Tb4 Şe5 64.Şe2 Ae4 65.Tb5+ Şf6 66.Tb3 Şf5 67.Td3 Şe5 68.Ta3 Şf5 69.Şf1 Ad2+ 70.Şg2 Ae4 71.Tf3+ Şg6 72.Tf8 Ad2 73.Şf2 Ae4+ 74.Şf3 Af6 75.Şe3 Şf5 76.Şd4 Şg6 77.Td8 Şf5 78.Td6 [Qara zuqzuvanqdadır.]

78...h4 [78...Ah7 79.Td5+ Şg6 (79...Şf6 80.Şe4+–) 80.Şe5+–; 78...g4 79.h4+–; 78...Şg6 79.Şe5+–]

79.Txf6+! [Maddi üstünlüyü qazanan piyada sonluğuna çevirmək.]

79...Şxf6 80.g4 Şe6 81.Şe4! [Çox ibrətamiz oyun. Qaralar açılışda təbii, lakin diqqətsiz, 6 ... Be7 gedişi etdi və Ağlar bu səhvliyi demək olar ki, öz lehinə yararlandı.]

1–0.

Son xəbərlər

Orphus sistemi