Həftənin oyunu: Şahmatçılar niyə heç-heçəyə razılaşırlar?

Həftənin oyunu: Şahmatçılar niyə heç-heçəyə razılaşırlar? “Report” beynəlxalq qrossmeysterlər Vasif Durarbəyli və Burak Fıratın növbəti yazısını təqdim edir...
Fərdi
11 Aprel , 2021 11:41
Həftənin oyunu: Şahmatçılar niyə heç-heçəyə razılaşırlar?

“Report” beynəlxalq qrossmeysterlər Vasif Durarbəyli və Burak Fıratın növbəti yazısını təqdim edir...

“Qrossmeyster bərabərliyi" bir çox şahmatsevərləri narahat edirdi. Buna görə bəzi təşkilatçılar belə heç-heçələrin əleyhinə qaydalarla çıxış etdilər. Ən məşhur və tanınmışlardan biri isə FIDE-nin əksər yarışlarında tətbiq olunan 30-cu gedişdən əvvəl bərabərlik təklifinin edilməməsi idi. Bu, görünüşdə yaxşı bir qayda kimi səslənə bilər, lakin məlum Ve4, Vd4 Berlin davamiyyəti kimi çirkin təkrarlamalara səbəb oldu. Belə halların Çempionlar Turunun son mərhələsində neçə dəfə baş verdiyini artıq xatırlamıram.

Bu qaydanın problemli tərəfi ondadır ki, heç-heçə etmək istəyən oyunçunu daha uzun oynamağa məcbur edir. Məqsəd yalnız heç-heçə etmək olduğu zaman oyunçuları 30 gediş etməyə vadar etməyin nə mənası var?!

Keçmişdə adətən belə olurdu ki, bir oyunçu heç-heçə istəsəydi, ya erkən təklif edər, ya da sadəcə, rəqibin hazırlığını yoxlayıb sonra heç-heçə təklif edərdi. Rəqib isə ya qəbul edər, ya da imtina edərdi. Təklif rədd olunsaydı, oyunçu rəqibinin ən azı məqsədini bilərdi. Bu da Həftənin Oyununun əsas mövzusu olan psixoloji mübarizə yaradır.

Azərbaycan xəbər agentliyi olan “Report”da son Çempionlar Turunun şərhləri zamanı qonaqlarımdan biri, beynəlxalq qrossmeyster Rauf Məmmədov oldu. Ondan bu qısa heç-heçə olan vaxt, xüsusən də əvvəlcədən razılaşdırılmış oyunlara qarşı nələrin edilməsi lazım olduğunu soruşdum. Məmmədov həll yolunun sadə olduğunu söylədi: xal sistemi qələbə üçün 1-dən 3-ə, heç-heçə üçün 0,5-dən 1-ə dəyişməlidir. Futbolda olduğu kimi. Bu, qələbə naminə mübarizə aparmaq üçün bir stimuldur.

Heç-heçənin əsas problemi qrossmeysterlərin əksəriyyətinin 1 qələbə və 1 məğlubiyyətin əvəzinə 2 heç-heçəyə üstünlük vermələridir. Səbəb sadədir: onlar məğlub olmağa nifrət edirlər. Ancaq xal sistemini dəyişdirsək, bu, vəziyyətə fərqli yanaşmaları təşviq edəcək. İqtisadiyyatda olduğu kimi, iştirakçıları təşviq edirsinizsə, işi yerinə yetirmək məcburiyyətində qalmırlar. Məcburiyyət həmişə son çarə olmalıdır.

Bəzi turnirlərdə hələ də 30 gediş qaydaları yoxdur və oyunun əvvəlində heç-heçə təklif etmək imkanı ilə daha çox fürsət olduğu üçün psixoloji döyüş baş verir. Məsələn, daha güclü oyunçu sizə özünüz üçün daha yaxşı hesab etdiyiniz mövqedə heç-heçə təklif etdikdə, oyunu qazanacağınızdan əmin deyilsinizsə, qəbul, yoxsa imtina qərarı verərdiniz?

14 yaşımda vacib oyun keçirdikdən sonra bir qayda ilə düşündüm və o vaxtdan bəri onu tətbiq edirəm. Daha yüksək reytinqli rəqib mənə heç-heçə təklif edəndə öz-özümə sual verirəm: Mənim səviyyəmə bənzər bir rəqib mənə təklif etsəydi, bu təkliflə razılaşardım? Cavabım müsbətdirsə, qəbul edirəm.

Həftənin Oyunu: Ibanyes Aullana, Ramon vs. Santoz Ruiz, Miguel

Ağ, demək olar ki, mükəmməl bir oyun oynadı və oyun davam etsəydi qalib gələ bilərdi, amma əvəzinə heç-heçə qəbul etdi.

(21) Ibanez Aullana,Ramon (2276) - Santoz Ruiz,Miguel (2592) [D38]

V Open Semana Santa Alicante (4), 01.04.2021

[Durarbəyli,Vasif]

1.d4 Af6 2.Af3 d5 3.c4 e6 4.Ac3 Fb4 5.cxd5 exd5 6.Fg5 h6 [6...Abd7 əsas davam yoludur.]

7.Fh4

g5 [Bu variant getdikcə məşhurlaşır. Sanki şah tərəfi zəiflətmək kimi görünür və Qaralar üçün daha pis olmalıdır. Lakin burada üstünlük qazanaq mümkün deyil.

8.Fg3 Ae4 9.Ad2 Axg3 10.hxg3 c6 11.Vc2 Şf8?! [Nadir gediş. Əvvəllər sadəcə bir dəfə oynanılıb.]

[11...Ad7 12.0–0–0 (12.a3!?) 12...Af6 (12...Ab6?! 13.e4 Fe6 14.e5 (14.f4?! dxe4 15.Adxe4 gxf4 16.gxf4 Ve7 Gərgin. İndi f5 işləmir, çünki Qaralar onu götürə bilər. (16...Vc7? 17.f5! Vf4+ 18.Şb1 Fxf5 19.g3 Fxe4 20.Axe4 Vc7 21.Af6++– 1–0 (30) Santos Latasa,J (2575)-Santos Ruiz,M (2581) chess24.com INT 2020) ) 14...Vd7 15.Fd3+=) 13.f3 Fe6 14.e4 dxe4 15.Adxe4 Axe4 16.fxe4 Va5 Gərgin; 11...Fe6 12.a3!? (12.e3 Ad7 13.Fd3 Ve7 14.a3 Fd6 15.0–0–0 0–0–0= ½–½ (30) Vitiugov,N (2726)-Moiseenko,A (2726) Saratov 2011) 12...Fxc3 13.Vxc3 Ad7 14.e3 Ve7 15.Fd3 h5 16.Va5!? Üstünlük üçün mübarizə aparmaqdan ötrü maraqlı cəhd ola bilər. Bu gediş Qaraların qala qurmasının qarşısını alır. (16.Af3 0–0–0= 1–0 (49) Tregubov,P (2598)-Khismatullin,D (2662) Olginka 2011) 16...Vd8 17.Vb4 Vc7 (17...Vb6 18.Af3 Vxb4+ 19.axb4 g4 20.Ag1 Şe7 21.b5+=) 18.Af3 (18.Va4!? Qaraları vəzir tərəfini daha da zəiflətməyə məcbur edir. 18...Ab6 19.Va5 Qaralar uzun qala qurmaq üçün a6 oynamağa məcbur olur.) 18...f6 19.0–0–0 0–0–0 20.Şb1 Ağların vəziyyəti bir az üstündür.]

12.0–0–0 [12.e3 Passiv yanaşmadır.. 12...Şg7 13.Fd3 Ad7 14.Af3 Af6= 15.Ae5 Ag4 16.Axg4 Fxg4 17.f3 Fe6 18.a3 ½–½ (18) Gonzalez Garcia,J (2549)-Barria,D (2422) Catalunya 2008]

12...Ad7 13.e4! [Qaraların şahı zəifdir və Ağlar dərhal mərkəzi vurmalıdır.]

13...dxe4 14.d5 [14.Adxe4 Santosun oyununu başqa gediş ardıcıllığı ilə gedir. 14...Ab6 15.f4 Ad5N (15...Şg7? 16.fxg5 (16.Şb1?! Ad5Gərgin. ½–½ (58) Santos Latasa,J (2575)-Santos Ruiz,M (2581) chess24.com INT 2020) 16...hxg5 17.Fd3+_) 16.fxg5 Fxc3 17.bxc3 Ff5 kompensasiya var ]

14...Fxc3 15.Vxc3 Vf6 16.Va3+ Ve7 17.d6 Ve5 18.Ac4 Vf6

19.f3 [19.f4 Daha dəqiq ola bilərdi, çünki exf-ə məcbur edir. 19.f3 qaralara bəzi üstünlüklər verir. 19...gxf4 (19...exf3 Oyuna keçid alır.; 19...b5 20.Ae5! gxf4 21.Axc6 f3 22.Th4+–) 20.Th4! fxg3 21.Txe4+–]

19...exf3 [19...b5!? 20.Ad2 exf3 21.gxf3+_]

20.gxf3 Şg7 21.f4 [Hücumu davam etdirmək üçün məntiqlidir, amma ən yaxşısı deyil]

[21.Fh3! “f5” xanasını istifadə etməyə çalışır.21...Ae5 (21...Td8 22.Ae3! Af8 23.Fxc8 Taxc8 24.Ag4 Vf5 25.Vc3+ f6 26.Axh6 Vg6 27.g4+–) 22.Axe5 Fxh3 23.Ag4! Fxg4 24.fxg4 Thf8 (24...Tad8 25.Thf1 Ve5 26.Tfe1 Vf6 27.d7+–) 25.d7 Tad8 26.The1+– Üstünlüyü dəyişmək üçün bir neçə texnika lazımdır.]

21...Td8 22.Fh3 Af8+–

[Oyun burada heç-heçə oldu. Vəziyyət demək olar ki, ağlara uduşdur. Sadəcə, ağlar bir qədər daha dəqiq oynamalı idi; Buna baxmayaraq, qələbə qazanmaq məqsədilə oyuna davam etmək üçün birdən çox yol var idi, amma bəzi nümunə vartiantlar göstərəcəyəm.

23.Fxc8 Taxc8 24.Ae3 [24.Ae5 Ve6 25.The1 Ad7 26.Axf7 (26.Vd3 Axe5 27.Txe5+–) 26...Vc4+ (26...Vxf7 27.Te7+–) 27.Şb1 Şxf7 28.Te7+ Şg8 29.Ve3 Af8 30.Ve5+–]

24...gxf4 25.Ag4 Vg5 26.Vc3+ f6 27.gxf4 Vxf4+ [27...Vxg4 28.Thg1+–; 27...Vg6 28.Txh6 Vxg4 29.Vxf6+ Şg8 30.Th8#]

28.Ae3 Şf7 29.Thf1

½–½

Son xəbərlər

Orphus sistemi