İddiaçılar Turniri: Teymur Rəcəbov ABŞ şahmatçısı ilə qarşılaşacaq

İddiaçılar Turniri: Teymur Rəcəbov ABŞ şahmatçısı ilə qarşılaşacaq Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.
Fərdi
18 İyun , 2022 09:19
İddiaçılar Turniri: Teymur Rəcəbov ABŞ şahmatçısı ilə qarşılaşacaq

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

"Report"un məlumatına görə, 35 yaşlı qrossmeyster II turda qara fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşacaq.

İlk turda Fransa təmsilçisi Alireza Firuzca ilə heç-heçə edən Rəcəbov 0,5 xalla 3-6 -cı yerləri bölüşdürür.

Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.

İddiaçılar Turniri

II tur

Hikaru Nakamura (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan)

Rixart Rapport (Rumıniya) - Alireza Firuzca (Fransa)

Yan Nepomnyaşi (FIDE) - Fabiano Karuana (ABŞ)

Yan-Kşiştof Duda (Polşa) - Dinq Liren (Çin)

Son xəbərlər

Orphus sistemi