Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.
"Report"un məlumatına görə, 35 yaşlı qrossmeyster XII turda qara fiqurlarla çinli Dinq Lirenlə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
11 turdan sonra 5 xala malik Rəcəbov 5-ci yerdə gedir və turnirin qalibi olma şanslarını itirib. O, hərəyə 4,5 xal toplamış polşalı Kşiştof Duda və macarıstanlı Rixard Rapportu, eləcə də 4 xalı olan fransalı Alireza Firuzcanı üstələyir.
Turnir cədvəlinə 8 xalla rusiyalı Yan Nepomnyaşi başçılıq edir. Liren 6,5 xalla 2-ci, ABŞ-ı təmsil edən şahmatçılardan Hikaru Nakamura 6 xalla 3-cü, Fabiano Karuana 5,5 xalla 4-cü yerdə qərarlaşıb.