İddiaçılar Turniri: Teymur Rəcəbov bu gün yenidən ABŞ şahmatçısı ilə qarşılaşacaq

İddiaçılar Turniri: Teymur Rəcəbov bu gün yenidən ABŞ şahmatçısı ilə qarşılaşacaq Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.
Fərdi
27 İyun , 2022 09:41
İddiaçılar Turniri: Teymur Rəcəbov bu gün yenidən ABŞ şahmatçısı ilə qarşılaşacaq
Teymur Rəcəbov

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

"Report"un məlumatına görə, 35 yaşlı qrossmeyster 9-cu turda ağ fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Qeyd edək ki, Teymur Rəcəbov əvvəlki oyunlarında Alireza Firuzca (Fransa) ilə 2 dəfə, Yan Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Dinq Liren (Çin) və Rixard Rapport (Macarıstan) ilə 1 dəfə heç-heçə edib, Nakamura və Fabiano Karuanaya (hər ikisi ABŞ) isə uduzub. 8 turdan sonra Rəcəbov Firuzca və Duda ilə birlikdə hərəyə 3 xalla 6-8-ci yerləri bölüşür.

Turnir cədvəlinə 6 xala malik Nepomnyaşi başçılıq edir.

Son xəbərlər

Orphus sistemi