Nazirlik olimpiya çempionumuzun COVID-19-a yoluxduğunu təsdiqlədi

Nazirlik olimpiya çempionumuzun COVID-19-a yoluxduğunu təsdiqlədi "İdmançılar təlim-məşq toplanışına başlayana qədər koronavirus testindən keçir".
Fərdi
31 Avqust , 2020 13:09
Nazirlik olimpiya çempionumuzun COVID-19-a yoluxduğunu təsdiqlədi
Şərif Şərifov

"İdmançılar təlim-məşq toplanışına başlayana qədər koronavirus testindən keçir". 

"Report" xəbər verir ki, bu fikirləri Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov nazirliyin "Facebook" səhifəsində canlı yayımda danışarkən deyib. 

O bildirib ki, nazirlik tərəfindən hansısa idmançının koronavirusa yoluxduğu aşkarlanmayıb. Mansurov Azərbaycanın olimpiya çempionu olan güləşçisi Şərif Şərifovun Rusiyada koronavirusa yoluxduğunu və daha sonra sağaldığını deyib.

Qeyd edək ki, sərbəst güləş üzrə Avropa, dünya və olimpiya çempionu Şərif Şərifovun koronavirusa yoluxmasına dair xəbəri "Report" yayıb.  
 

Son xəbərlər

Orphus sistemi