Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer Bakıda keçirilən Böyük Dəbilqə turniri ilə bağlı paylaşım edib.
"Report"un məlumatına görə, İJF rəhbəri tribunalarda azarkeşlərin çox olduğunu vurğulayıb.
"Azərbaycanda izdiham böyükdür! Gənc nəsil cüdoçular ölkədə bu növün güclü inkişafının sübutudur", - deyə o bildirib.
Qeyd edək ki, yarış noyabrın 6-da başa çatacaq.
The home crowd is great in Azerbaijan! This young generation of judoka is evidence of strong judo development in this country!
— Marius Vizer (@MariusVizer)#JudoBaku #Judo #Baku #Azerbaijan #Sport #Olympics #RoadToParis2024 #Judo pic.twitter.com/HTnxZOmRBP November 5, 2022