İlin döyüşkən idmançısı müəyyənləşdi

İlin döyüşkən idmançısı müəyyənləşdi İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri-2020" layihəsi üzrə ilin döyüşkən idmançısı müəyyənləşib.
Fərdi
29 Dekabr , 2020 14:20
İlin döyüşkən idmançısı müəyyənləşdi
Cəbrayıl Dövlətzadə
0 : 00
0 : 00

İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri-2020" layihəsi üzrə ilin döyüşkən idmançısı müəyyənləşib.

"Report"un məlumatına görə, bu nominasiyada şəhid cüdoçu Cəbrayıl Dövlətzadə birinci olub.

51 KİV-in qatıldığı səsvermədə Cəbrayıl Dövlətzadə 33 səs yığıb. Jurnalistlərdən 5-i şəhid Xudayar Yusifzadəyə, 5-i Tofiq Musayevə, 3-ü şəhid Cavid Hüseynova səs verib.

Əfqan Xaşalov, qazi Qalib Əliyev, qazi Elxan İsayev, Eldəniz Əzizli və Orxan Səfərov hərəyə 1 səs yığıblar.

Qeyd edək ki, layihənin informasiya dəstəkçisi "Report" İnformasiya Agentliyi, baş sponsoru Azərbaycanın yeganə qanuni mərc oyunları saytı "eTopaz", sponsoru Azərbaycanın ilk idman geyimi brendi "İl Azero", təşkilati dəstəkçisi isə Bakı Olimpiya Stadionudur.

Son xəbərlər

Orphus sistemi