Beynəlxalq Olimpiya Komitəsində (IOC) prezident seçkisi qurumun video-konfrans formatında Sessiyası zamanı gerçəkləşəcək.
"Report"un məlumatına görə, bu barədə IOC prezidenti Tomas Bax açıqlama verib. O bildirib ki, toplantı 10 - 12 martda keçiriləcək.
Qeyd edək ki, Tomas Bax yeganə namizəd olacaq.