Yunan-Roma güləşi üzrə bir neçə dəfə İran çempionu olmuş güləşçi 27 yaşlı Navid Əfkari bu gün səhər saatlarında edam edilib.
"Report" xəbər verir ki, onun edam edilməsi dövlət televiziyası vasitəsilə açıqlanıb.
Qeyd edək ki, İranın Ali Məhkəməsi güləşçini 2018-ci ildə hökumət əleyhinə etirazlar zamanı mühafizəçini öldürməkdə təqsirləndirərək ona ölüm hökmü çıxarıb. Güləşçi isə öz növbəsində mühafizəçini öldürdüyünü işgəncə altında etiraf etdiyini və əslində cinayəti törətmədiyini bildirib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp da İran hakimiyyətini bu addımdan çəkinməyə çağırıb.
İran çempion güləşçini edam etdi
Fərdi
12 Sentyabr , 2020
19:49
https://static.report.az/photo/6e4ac64e-e1d6-32f0-b078-2da7f6cbea17.jpg