İrina Zaretska: "Yeni titullar qazanmaq istəyirəm"

İrina Zaretska: "Yeni titullar qazanmaq istəyirəm" "Dünya çempionatında ikinci qızıl medalı qazandım. Olimpiadadan sonra kiçik fasilə götürmüşdük. Qərara gəldik ki, mundialda da iştirak edim".
Fərdi
2 Dekabr , 2021 16:11
İrina Zaretska: Yeni titullar qazanmaq istəyirəm
İrina Zaretska

"Dünya çempionatında ikinci qızıl medalı qazandım. Olimpiadadan sonra kiçik fasilə götürmüşdük. Qərara gəldik ki, mundialda da iştirak edim".

"Report"un məlumatına görə, bu fikirləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında qızıl medal qazanmış Azərbaycan karateçisi İrina Zaretska jurnalistlərə açıqlamasında deyib.

68 kq çəki dərəcəsində çıxış edən idmançı 2021-ci ili karyerası üçün uğurlu hesab edib. O, yeni titullar əldə etmək istədiyini vurğulayıb.

Qeyd edək ki, İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medala layiq görülüb.

Son xəbərlər

Orphus sistemi