Azərbaycan karateçisi Asiman Qurbanlı Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 84 kq-dan yuxarı çəkidə çıxış edən idmançı finalda uduzaraq, 2-ci yeri tutub.
Bununla da karateçilər yarışı 6 mükafatla başa vurublar. İrina Zaretska (64 kq) qızıl, Pənah Abdullayev (84 kq) və Asiman Qurbanlı gümüş, Mədinə Sadıqova (55 kq), Roman Heydərov (kata) və Tural Ağalarzadə (67 kq) isə bürünc medala sahib çıxıblar.
V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi karate (kumite) üzrə təmsil edən İrina Zaretskaya ardıcıl ikinci dəfə bu turnirin qalibi olub.
"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 68 kq-da çıxış edən Ukrayna əsilli idmançı 2017-ci ildə Bakıda olduğu kimi, bu dəfə də finalda qalib gələrək qızıl medalı qazanıb.
Pənah Abdullayev (84 kq) finalda uduzub və gümüş medalla kifayətlənib. İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata komandası isə bürünc medal uğrunda mübarizədən məğlub ayrılaraq medalsız qalıb.
Qeyd edək ki, bu gün II Avropa Oyunlarının qalibi Asiman Qurbanlı (+84 kq) final görüşünə çıxacaq.
Azərbaycanın daha iki karateçisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 84 kq-dakı Pənah Abdullayev və 84 kq-dan yuxarı çəki dərəcəsindəki Asiman Qurbanlı həlledici görüşə vəsiqə qazanmaqla, ən azı gümüş medalı təmin edib.
İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata komandası isə bürünc medal uğrunda mübarizə aparacaq.
Azərbaycan karateçisi İrina Zaretska Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 68 kq-da çıxış edən idmançı həlledici görüşə vəsiqə qazanmaqla, ən azı gümüş medalı təmin edib.
Qeyd edək ki, İrina Zaretska 2017-ci ildə Bakıda təşkil edilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.