Kolumbiyalı peşəkar boksçu Luis Kinyunes süni komaya salınıb.
"Report" RDS telekanalına istinadən xəbər verir ki, 25 yaşlı idmançı venesuelalı Xose Munyosa qarşı döyüşdə ağır xəsarət alıb.
Munyos reytinq qarşılaşmasının 8-ci raundunda nokautla qalib gəlib.
Kinyunes meydanı xərəkdə tərk etməli olub. O, kəllə-beyin travması səbəbindən əməliyyat olunub.
Qeyd edək ki, Luis Kinyunes peşəkar karyerasına 2018-ci ildə başlayıb. Boksçunun 10 qələbəsi və 1 məğlubiyyəti var.