Mahir Məmmədov: "Əsas hədəf şahmat tacını Bakıya gətirməkdir"

Mahir Məmmədov: "Əsas hədəf şahmat tacını Bakıya gətirməkdir" "1992-ci ildə qəbul olunmuş nizamnamə yeni redaksiyada qəbul olunub. Qurultay ümumi yığıncaqda əvəzlənib. Rəhbər və işçi orqanlar seçilib. Sonda yığma üzvləri mükafatlandırılıb".
Fərdi
26 Noyabr , 2021 12:37
Mahir Məmmədov: Əsas hədəf şahmat tacını Bakıya gətirməkdir

"1992-ci ildə qəbul olunmuş nizamnamə yeni redaksiyada qəbul olunub. Bugünkü toplantıda qurultay ümumi yığıncaqla əvəzlənib. Rəhbər və işçi orqanlar seçilib. Sonda yığma üzvləri mükafatlandırılıb".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan Şahmat Federasiyasının prezidenti seçilən Mahir Məmmədov mətbuat konfransında deyib.

O, Faiq Həsənov və Seymur Talıbovun vitse-prezident seçildiyini bildirib: "İcraiyyə Komitəsinin üzvləri Sərxan Həşimov və Cahangir Ağarəhimov olub. Federasiyanın xidmətləri və uğurları çoxdur. Bunlara Elman Rüstəmovun dövründə nail olunub. Nailiyyətləti daha da artırmağa çalışacağıq. Biz indi bunun bəhrələrini götürür. Prezident İlham Əliyev dəfələrlə şahmatçılarımızı qəbul edib. Şahmatın inkişafına dair Dövlət Proqramı qəbul edib. Bundan sonra işimizi təşkilatlandırna istiqamətində düzgün qurmalıyıq, müasir tələblərə uyğun fəaliyyət göstərməliyik".

Məmmədov uşaq və gənc şahmatçıların böyüklərə inteqrasiyasına problemsiz keçid üçün şərait yaratmalı olduqlarını söyləyib: "Şahmat məktəblərinin işinə yenidən baxmalı, qüsurları aradan qaldırmalıyıq. Yığma komandaların yarışlarda iştirakları düşünülmüş və planlı həyata keçiriləcək. Şahmatçıların fərdi fəaliyyətləri, inkişafları çox vacibdir. AŞF-nin maddi-texniki bazası çox zəifdir. Bunu aradan qaldırmalıyıq. Naxçıvan Şahmat Federasiyasında isə baza çox güclüdür".

AŞF-nin yeni prezidenti əsas hədəflərinin şahmat tacını Bakıya gətirmək olduğunu vurğulayıb: "Azərbaycan şahmatının yüksək hədəfləri buna imkan verir. Artıq Teymur Rəcəbov 8 iddiaçıdan biridir. Çox ümidvarıq ki, o, uğurlu olacaq. Rəcəbovun turnirə hazırlığı federasiyanın hədəflərindən biridir".

Son xəbərlər

Orphus sistemi