Marneulidə Azərbaycan və Gürcüstanın dövlət bayramlarına həsr olunan yarış keçirilir

Marneulidə Azərbaycan və Gürcüstanın dövlət bayramlarına həsr olunan yarış keçirilir Azərbaycan və Gürcüstanın dövlət bayramlarına həsr olunan kikboksinq turniri keçirilir
Fərdi
26 May , 2021 17:54
Marneulidə Azərbaycan və Gürcüstanın dövlət bayramlarına həsr olunan yarış keçirilir

Azərbaycan və Gürcüstanın dövlət bayramlarına həsr olunan kikboksinq turniri keçirilir.

Marneulidə 26 may - Gürcüstanın Müstəqillik Günü və 28 may - Azərbaycanın Respublika Gününə həsr olunan kikboksinq turnirinin açılış mərasimi keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə əvvəlcə Gürcüstan və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Daha sonra Gürcüstan Kikboksinq Federasiyasının prezidenti Qoça Cavaxiya, Azərbaycanın Gürcüstandakı səfirliyinin I katibi Seymur İlyaslı, Gürcüstanın Azərbaycanlı İdmançılar Birliyinin sədri Tofiq Əkbərov çıxış ediblər. Bildirilib ki, bu cür yarışların təşkili Azərbaycan və Gürcüstan arasında idman əlaqələrini gücləndirir. Turnir iştirakçılarına uğurlar arzulayan natiqlər dostluğun qələbə çalmasını diləyiblər.

Yarışlarda Gürcüstanın 10-dan çox şəhərindən 15 çəki dərəcəsi üzrə 150-dək yeniyetmə və gənc idmançı iştirak edəcək.

Turnirin final qarşılaşmaları və mükafatlandırma mərasimi 28 maya təyin olunub.

İdman tədbirinə həmin gün hər iki dövlətin milli bayramlarına həsr olunmuş konsert proqramı ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi