Maska ilə müsahibə vermək istəməyən tennisçi cərimələndi

Maska ilə müsahibə vermək istəməyən tennisçi cərimələndi ABŞ-dan olan tennisçi Kristian Harrison qeyri-adi səbəbə görə cərimələnib
Fərdi
12 Yanvar , 2021 15:02
Maska ilə müsahibə vermək istəməyən tennisçi cərimələndi
Kristian Harrison

ABŞ-dan olan tennisçi Kristian Harrison 3 min ABŞ dolları məbləğində cərimələnib.

"Report"un "Reuters"ə istinadən məlumatına görə, buna idmançının qarşılaşmadan sonra qoruyucu tibbi maska ilə müsahibə verməkdən imtinası səbəb olub.

Harrison instagram səhifəsində yazıb ki, matçdan sonra istidə maska taxmaq təhlükəli olduğu üçün bu addımı atıb: "Buna görə cərimələnəcəyimi bilmirdim. Axşam isə mənə dedilər ki, bu, televiziya verilişləri üçün vacib prosedurdur. Ətrafımda heç kim yoxdursa, kamera qarşısında müsahibə üçün maska taxmağın təhlükəsizliklə heç bir əlaqəsi yoxdur. Bu qaydanı dəstəkləmirəm".

Son xəbərlər

Orphus sistemi