Azərbaycanın yeniyetmə və gənc badmintonçuları Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında 1 qızıl, 3 gümüş və 1 bürüc medal qazanıb.
"Report"un Tatarıstan paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, oğlan badmintonçuların şəxsi yarışında Diki Pangestu finalda Qazaxıstan idmançısı Dmitriy Panarini 2:0 hesabı ilə məğlub edərək MDB oyunlarının qalibi olub.
Qızların şəxsi yarışında Era Maftuha finalda Rusiya təmsilçisi Mariya Qolubevaya 0:2 hesabı ilə uduzaraq gümüş medala layiq görülüb.
Oğlanların qoşa yarışında Diki Pangestu - Məhəmməd Xədafi cütü finalda Rusiya badmintonçuları Georgiy Lebedev - Lev Barinov tandemi ilə qarşılaşıb. 3 set davam edən qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarışıq-qoşa yarışında yarımfinalda Pavel Moniç - Regina Qaliaxmetova (Rusiya) cütünə 0:2 hesabı ilə uduzan Aqil Qəbilov - Era Maftuha tandemi müvafiq kateqoriyada bürünc medal qazanıb.
Qeyd edək ki, daha öncə yeniyetmə və gənc badmintonçularımızdan ibarət Azərbaycan millisi komanda yarışında gümüş medal qazanıb.
Azərbaycan badmintonçusu Era Maftuha Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.
"Report"un Tatarıstan paytaxtına ezam olunan əməkdaşının məlumatına görə, rəqib rusiyalı Mariya Qolubeva olub. Rəqibinə 0:2 hesabı ilə uduzan Maftuha qızların fərdi yarışında gümüş medal qazanıb.
Azərbaycan badmintonçusu Diki Pangestu Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında oğlanların fərdi yarışında final görüşünə çıxıb.
"Report"un Tatarıstan paytaxtına ezam olunan əməkdaşının məlumatına görə, o, həlledici qarşılaşmada qazaxıstanlı Dmitri Panarinlə üz-üzə gəlib.
Qrup mərhələsində 2:0 hesabı ilə məğlub etdiyi rəqibinə finalda da qalib gələn Pangestu qızıl medal qazanıb.
Azərbaycanın daha bir badmintonçusu Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında finala yüksəlib.
"Report"un Tatarıstan paytaxtına ezam olunan əməkdaşının məlumatına görə, Era Maftuha qızların fərdi yarışında həlledici qarşılaşmaya vəsiqə qazanıb.
O, yarımfinalda Belarus idmançısı Mariya Yanbayevaya 2:0 hesabı ilə qalib gəlib. Maftuhanın finaldakı rəqibi rusiyalı Mariya Qolubeva olacaq.
Azərbaycan badmintonçusu Diki Pangestu Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında oğlanların fərdi yarışında yarımfinal görüşünə çıxıb.
"Report"un Tatarıstan paytaxtına ezam olunan əməkdaşının məlumatına görə, o, finala gedən yolda Rusiya təmsilçisi Georgi Lebedevlə qarşılaşıb.
Rəqibinə 2:1 hesabı ilə qalib gələn idmançı müvafiq kateqoriyada həlledici oyuna vəsiqə qazanıb. Pangestu finalda qrup mərhələsində 2:0 hesabı ilə məğlub etdiyi qazaxıstanlı Dmitri Panarinlə üz-üzə gələcək.
Final görüşü Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Azərbaycan badmintonçuları Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bürünc medal qazanıb.
"Report"un Tatarıstan paytaxtına ezam olunan əməkdaşının məlumatına görə, qarışıq-qoşada mübarizə aparan Aqil Qəbilov / Era Maftuha cütü yarımfinalda Rusiyanı təmsil edən Pavel Moniç / Regina Qaliaxmetova cütünə məğlub olmaqla, 3-cü yer tutub.
Qeyd edək ki, hazırda aktivində 13 qızıl, 11 gümüş və 27 bürünc medal olan Azərbaycan 3-cü pillədə qərarlaşıb.