MDB Oyunları: Azərbaycan idmançıları bu gün dörd növdə mübarizə aparacaqlar

MDB Oyunları: Azərbaycan idmançıları bu gün dörd növdə mübarizə aparacaqlar Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bu gün Azərbaycanın 4 növ üzrə idmançıları mübarizə aparacaqlar.
Fərdi
8 Sentyabr , 2021 10:12
MDB Oyunları: Azərbaycan idmançıları bu gün dörd növdə mübarizə aparacaqlar

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bu gün Azərbaycanın 4 növ üzrə idmançıları mübarizə aparacaqlar.

"Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, stolüstü tennis və badminton üzrə komanda şəklində, tayboks və güllə atıcılığında isə fərdi çıxışlar olacaq.

Yarımfinala vəsiqə qazanan oğlan və qızlardan ibarət stolüstü tennis yığmaları müvafiq olaraq, Belarus və Rusiya ilə üz-üzə gələcəklər.

İlk 3 oyununda Belarus və Özbəkistana 4:1, Ermənistana 5:0 hesabı ilə qalib gələn badminton millisi bu gün Rusiya və Qazaxıstanla da üz-üzə gələcək. Qarşılaşmaların yekununda qalib və mükafatçılar müəyyənləşəcək.

Güllə atıcısı Ramiz Xəlilov 10 metr məsafəyə pnevmatik tüfənglə atəşi açacaq. Təsnifat mərhələsində onun rəqibləri İqor Skuratov, Matvey Potapov, Yevgeni Potapov (hər üçü Rusiya), Oybax Asilov (Özbəkistan), Aleksandr Lesnuxin (Belarus) və Aik Babayan (Ermənistan) olacaq. Daha yaxşı nəticə göstərən idmançılar elə bu gün finalda da mübarizə aparacaqlar.

Nəhayət, taybokçulardan Rəvan Ağazadə (67 kq) oğlanlar, Leyana Sayer (51 kq) qızların yarışında final görüşlərini keçirəcəklər. Onların rəqibləri Belarus təmsilçiləri olacaq.

I MDB Oyunları

8 sentyabr
Badminton

Keçirilmə yeri: Badminton Mərkəzi
Komanda yarışları
12:00. IV tur. Azərbaycan - Rusiya
16:00. V tur. Azərbaycan - Qazaxıstan

Tayboks
Keçirilmə yeri: "Тулпар"
16:00 - 21:00. Final

Oğlanlar
67 kq. Rəvan Ağazadə - Yevgeni Fyodorençik (Belarus)
Qızlar
51 kq. Leyana Sayer - Albina Posox (Belarus)

Güllə atıcılığı
Keçirilmə yeri: "Динамо" Stend Mərkəzi
10 m məsafəyə pnevmatik tüfəngdən atəş
Oğlanlar
Ramiz Xəlilov
11:00 - 12:15. Təsnifat mərhələsi
13:15 - 14:00. Final

Stolüstü tennis
Keçirilmə yeri: "Boks və stolüstü tennis mərkəzi"
11:00. Yarımfinal
Oğlanlar. Azərbaycan - Belarus
Qızlar. Azərbaycan - Rusiya
18:00. Final.

Qeyd edək ki, hazırda Azərbaycan 11 qızıl, 6 gümüş və 15 bürünc medalla ümumi hesabda 3-cü yerdə gedir. Rusiya 63 qızıl, 20 gümüş, 22 bürünc medalla 2-ci, Özbəkistan 16 qızıl, 25 gümüş, 18 bürünc medalla 2-ci pillədə qərarlaşıb.

11 6 15

Son xəbərlər

Orphus sistemi